​Azərbaycanın maliyyə naziri dövlət aviaşirkətinin özəlləşdirilməsinin əleyhinədir

​Azərbaycanın maliyyə naziri dövlət aviaşirkətinin özəlləşdirilməsinin əleyhinədir Samir Şərifov: "Özəl aviaşirkətlər tez-tez müflisləşir və hökumət onları qorumaq məcburiyyətində qalır"
İnfrastruktur
2 Oktyabr , 2015 15:17
​Azərbaycanın maliyyə naziri dövlət aviaşirkətinin özəlləşdirilməsinin əleyhinədir

Bakı. 2 oktyabr. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin özəlləşdirilməsi ideyası uğurlu olmayacaq. "Report"un verdiyi xəbərə görə, bunu maliyyə naziri Samir Şərifov bildirib: "Özəl hava şirkətləri uğurlu deyil. Çünki özəl aviaşirkətlər tez-tez müflisləşir və hökumət onları qorumaq məcburiyyətində qalır".

"Məsələn, ABŞ-da üç belə şirkət var. Onlara daim hökumət tərəfindən yardım edilir. Digər, nisbətən orta ölkələrdə isə həmin şirkətlər subsidiyaların köməyi ilə fəaliyyət göstərir", - nazir vurğulayıb.

İctimai nəqliyyat sektorunda isə özəlləşdirməyə gəlincə, S.Şərifov bu məsələyə baxa biləcəklərini deyib: "Bu sahədə özəl sektorun iştirakı artıq təmin olunub. Belə ki, yerüstü nəqliyyat demək olar ki, özəldir. Sadəcə olaraq, bu sahənin tənzimlənməsində müəyyən işlər görməliyik".

Son xəbərlər

Orphus sistemi