Azərbaycanın dəmir yollarında qatarların hərəkət cədvəlində dəyişiklik baş verməyib

Azərbaycanın dəmir yollarında qatarların hərəkət cədvəlində dəyişiklik baş verməyib "Azərbaycan Dəmir Yolları" QSC-nin İnfrastruktur Departamenti yollardakı vəziyyətə baxış keçirir
İnfrastruktur
9 Yanvar , 2015 11:32
Azərbaycanın dəmir yollarında qatarların hərəkət cədvəlində dəyişiklik baş verməyib

Bakı. 9 yanvar. REPORT.AZ/ Bakıda ötən gündən etibarən qarın yağması ilə əlaqədar dəmir yolu nəqliyyatında qatarların hərəkət cədvəlində heç bir dəyişiklik baş verməyib. 

Bunu "Report"a açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib: "Artıq bütün gözlənilən qatarlar Bakıya gəlib. Hazırda Böyük-Kəsik-Bakı və Tiflis-Bakı qatarları yoldadır və onlar da artıq paytaxta yaxınlaşır. Heç bir gecikmə qeydə alınmayıb". 

Onun sözlərinə görə, dünəndən etibarən İnfrastruktur Departamenti tərəfindən yollardakı vəziyyətlə bağlı baxış keçirilir: "Energetika, rabitə-siqnalizasiya sistemi yoxlanılır. Sərnişindaşımaya gəlincə, ən vacib məsələ odur ki, istilik sistemi yaxşı işləsin və bu da artıq yoxlanılıb. Qar yağmasına görə hər hansı boşalma baş verməsini əvvəlcədən nəzərə alaraq, bütün baxışlar həyata keçirilib".

Son xəbərlər

Orphus sistemi