Azərbaycandan neft və neft məhsullarının tranzit daşınması tariflərinin yuxarı həddi açıqlanıb

Azərbaycandan neft və neft məhsullarının tranzit daşınması tariflərinin yuxarı həddi açıqlanıb ​Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilib
İnfrastruktur
8 Dekabr , 2015 15:34
Azərbaycandan neft və neft məhsullarının tranzit daşınması tariflərinin yuxarı həddi açıqlanıb

Bakı. 8 dekabr. REPORT.AZ/ Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tərəfindən Azərbaycan Dəmir Yolları” QSC-nin, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin və ölkənin dəniz terminallarının təklifləri nəzərə alınmaqla neft və neft məhsullarının ölkə ərazisindən ayrı-ayrı istiqamətlər üzrə dəmir yolları vasitəsilə tranzit daşınması və dəniz terminallarının bu sahədə göstərdiyi yükdaşıma xidmәtlәrinin tariflərinin yuxarı həddi təsdiq edilib.

“Report” İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, tariflərə neft və neft məhsullarının tranzit daşınması və həmin yüklərin aşırılması xidmətləri ilə bağlı bütün ödənişlər daxildir.

Bununla belə, aidiyyəti xidmət göstərən subyektlər tərəfindən tariflərə 30%-dək güzəştlər tətbiq edilə bilər. Tranzit dəhlizlərinə əlavə yüklərin cəlb edilməsinin stimullaşdırılması məqsədilə xidmət subyektlərinin müraciəti əsasında yüklərin tranzit daşınması və həmin yüklərin aşırılması xidmətləri üzrə güzəştlərin 30%-dən artıq müəyyən edilməsi məsələsinə Şura tərəfindən baxıla bilər.

Koordinasiya Şurasının qərarına əsasən, neft və neft məhsullarının tranzit daşınması və həmin yüklərin aşırılması xidmәtlәri üzrə nəqliyyat-ekspedisiya xərcləri təsdiq olunmuş tariflərin üzərinə 2%-dək əlavənin edilməsi yolu ilə hesablanır. Müqavilə qiymətinin dəyəri ümumilikdə təsdiq edilmiş tariflərdən və nəqliyyat-ekspedisiya xərclərindən çox olmamalıdır.

Qeyd edək ki, yeni tariflər dekabrın 3-də qüvvəyə minib:

Neft və neft məhsullarının Azərbaycan ərazisindən ayrı-ayrı istiqamətlər üzrə dəmir yolları vasitəsilə tranzit daşınması xidmәtlәrinin tariflərinin yuxarı həddi

İstiqamətlər Məhsullar Ölçü vahidi Tariflər (dollar)
1. Dübəndi - Böyük Kəsik Xam neft ton 12,00
2. Ələt - Böyük Kəsik ton 11,00
3. Bakı - Böyük Kəsik ton 11,50
4. Səngəçal - Böyük Kəsik ton 11,00
5. Yalama - Böyük Kəsik ton 15,20
6. Qaradağ - Böyük Kəsik ton 11,00
7. Dübəndi - Böyük Kəsik Mazut ton 13,00
8. Ələt - Böyük Kəsik ton 12,00
9. Bakı - Böyük Kəsik ton 12,50
10. Səngəçal - Böyük Kəsik ton 12,00
11. Yalama - Böyük Kəsik ton 15,20
12. Yalama - Dübəndi ton 12,27
13. Böyük Kəsik - Ələt Reaktiv mühərrik yanacağı ton 18,00
14. Dübəndi - Böyük Kəsik Digər neft məhsulları ton 14,00
15. Ələt - Böyük Kəsik ton 13,00
16. Bakı - Böyük Kəsik ton 13,50
17. Səngəçal - Böyük Kəsik ton 13,00
18. Yalama - Astara ton 14,51
19. Dübəndi - Astara ton 10,61
20. Ələt - Astara ton 15,05
21. Bakı - Astara ton 10,12
22. Yalama - Böyük Kəsik ton 17,00

Azərbaycanın Dövlət bayrağı altında üzən, həmçinin Azərbaycanın rezidenti, filial və nümayəndəliyi olan qeyri-rezidenti tərəfindən istismar edilən xarici dövlətlərin bayrağı altında üzən gəmilər vasitəsilə neft və neft məhsullarının tranzit daşınması xidmәtlәrinin tariflərinin yuxarı həddi

İstiqamətlər Daşıma növü Məhsullar Ölçü vahidi Tariflər (dollar)
1. Alaca - Səngəçal Tanker Xam neft ton 11,00
2. Alaca - Dübəndi ton 11,00
3. Alaca - Bakı ton 11,00
4. Kianlı - Səngəçal ton 10,00
5. Kianlı - Dübəndi ton 10,00
6. Kianlı - Bakı ton 10,00
7. Okarem - Səngəçal ton 11,00
8. Okarem - Dübəndi ton 11,00
9. Okarem - Bakı ton 11,00
10. Aktau - Dübəndi ton 11,50
11. Aktau - Bakı ton 12,00
12. Aktau - Səngəçal ton 12,50
13. Oğuzxan - Səngəçal ton 10,00
14. Oğuzxan - Dübəndi ton 10,00
15. Oğuzxan - Bakı ton 10,00
16. Türkmənbaşı - Bakı Mazut ton 11,00
17. Türkmənbaşı - Səngəçal ton 11,00
18. Türkmənbaşı - Dübəndi ton 11,00
19. Aktau - Dübəndi ton 11,50
20. Aktau - Səngəçal ton 12,50
21. Aktau - Bakı ton 12,00
22. Türkmənbaşı - Bakı Digər neft məhsulları ton 12,00
23. Türkmənbaşı - Səngəçal ton 12,00
24. Türkmənbaşı - Dübəndi ton 12,00
25. Okarem - Bakı ton 14,00
26. Türkmənbaşı - Bakı Bərə Dolu vaqon p/m 68,00
27. Aktau - Bakı p/m 81,00

Son xəbərlər

Orphus sistemi