Azərbaycanda Yeni il bayramı günlərində sərnişin qatarlarına əlavə vaqonlar qoşula bilər

Azərbaycanda Yeni il bayramı günlərində sərnişin qatarlarına əlavə vaqonlar qoşula bilər Tələbatdan asılı olaraq əlavə 320 vaqonun istifadəsi mümkündür
İnfrastruktur
9 Dekabr , 2015 16:56
Azərbaycanda Yeni il bayramı günlərində sərnişin qatarlarına əlavə vaqonlar qoşula bilər

Bakı. 9 dekabr. REPORT.AZ/ "Azərbaycan Dəmir Yolları" QSC 31 dekabr - 1 yanvar - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ilə əlaqədar sərnişinlərin böyük axınını nəzərə alaraq bütün daxili reyslərin qatarlarına əlavə vaqonlar qoşa bilər. Bu barədə "Report"a şirkətin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, sərnişinlərin sayından asılı olaraq, bütün qatarlara ümumilikdə 320-yə qədər əlavə vaqon qoşula bilər.

"Biletlər qatar yola düşməyə 10 gün qalmış alınmalıdır. Əlavə vaqonlara biletlərin satışı isə onların qatara qoşulduğu gün həyata keçiriləcək", - N.Əzməmmədov bildirib.

Son xəbərlər

Orphus sistemi