Bakı. 13 may. REPORT.AZ/ Azərbaycanda bu ilin I rübündə tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,8% bahalaşıb. Bu barədə "Report"a
Cari ilin I rübündə yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər əvvəlki rüblə müqayisədə 0,9%, sosial təyinatlı binaların və istehsal təyinatlı obyektlərin tikintisi üzrə qiymətlər isə 0,8% artıb.
Sosial təyinatlı binalardan inzibati binaların tikintisi üzrə qiymətlər 0,6%, ümumtəhsil məktəblərinin tikintisi üzrə qiymətlər isə 0,9% bahalaşıb.
İstehsal təyinatlı obyektlərdən sənaye obyektlərinin tikintisi üzrə qiymətlərdə 0,8% artım müşahidə olunub.