Azərbaycanda yanvarda yükdaşıma və sərnişindaşıma tarifləri 6,2% ucuzlaşıb

Azərbaycanda yanvarda yükdaşıma və sərnişindaşıma tarifləri 6,2% ucuzlaşıb MDB ölkələri üzrə dəmir yolu və hava nəqliyyatında müvafiq olaraq 9,7% və 32,6% ucuzlaşma müşahidə olunub
İnfrastruktur
9 Fevral , 2015 12:39
Azərbaycanda yanvarda yükdaşıma və sərnişindaşıma tarifləri 6,2% ucuzlaşıb

Bakı. 9 fevral. REPORT.AZ/ Cari ilin yanvar ayında Azərbaycanın nəqliyyat sektorunda 2014-cü ilin dekabrına nisbətən həm yükdaşıma tarifləri, həm də sərnişindaşıma tarifləri 6,2% ucuzlaşıb.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sərnişindaşıma tarifləri üzrə ötən ilin dekabr ayı ilə müqayisədə bu ilin yanvarında hava nəqliyyatında digər xarici ölkələr üzrə 21,3%, MDB ölkələri üzrə isə dəmir yolu və hava nəqliyyatında müvafiq olaraq 9,7% və 32,6% ucuzlaşma müşahidə olunub.

Ay ərzində avtomobil və dəniz nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə heç bir dəyişiklik olmayıb.

Qeyd edək ki, yanvar ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 21,6% ucuzlaşıb.

Son xəbərlər

Orphus sistemi