Azərbaycanda "Viking train" layihəsi müzakirə edilib

Azərbaycanda "Viking train" layihəsi müzakirə edilib Litvanın Azərbaycandakı səfiri ilə keçirilən görüşdə layihə barədə fikir mübadiləsi aparıb
İnfrastruktur
15 Sentyabr , 2016 13:45
Azərbaycanda Viking train layihəsi müzakirə edilib

Bakı. 15 sentyabr. REPORT.AZ/ “Azərbaycan Dəmir Yolları” QSC-də Litvanın Azərbaycandakı səfiri Valdas Lastauskas ilə görüş keçirilib. “Azərbaycan Dəmir Yolları”nın Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov "Report"a bildirib ki, görüşdə qurumun sədri Cavid Qurbanov Azərbaycan dəmir yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.

İkitərəfli görüşdə iki ölkə arasında əməkdaşlıq əlaqələrinin, "Viking train” layihəsinin gələcək perspektivləri müzakirə olunub. V.Lastauskas isə “Azərbaycan Dəmir Yolları” QSC-də bütün sahələrində həyata keçirilən genişmiqyaslı islahatları yüksək qiymətləndirib.

İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

Qeyd edək ki, “Viking train” layihəsi 3 ölkə - Litva, Belarus və Ukraynanı əhatə etməklə, yüklərin Baltik dənizi hövzəsindən Qara dəniz hövzəsinə daşınmasını nəzərdə tutur. Azərbaycanın bu layihədə iştirakı daha geniş perspektivlər vəd edir. Belə ki, “Viking train” layihəsi Xəzər dənizi hövzəsinə çıxış əldə etməklə, bundan sonra həm şərq istiqamətində (Orta Asiya və Çin), həm də cənub istiqamətində (İran körfəzi və Hindistan) və əks istiqamətdə yüklərin daşınmasına imkan yaradacaq. Şimali Avropa (Baltikyanı, Skandinaviya və s.) dövlətlərinin İran, Pakistan, Hindistan və ərəb ölkələri ilə ticarət dövriyyəsi kifayət qədər yüksək olduğunudan Azərbaycan tranzit ölkə kimi bundan bəhrələnəcək. 

Son xəbərlər

Orphus sistemi