​Azərbaycanda Torpaqların Elektron Kadastr Uçotu Sistemi yaradılır

​Azərbaycanda Torpaqların Elektron Kadastr Uçotu Sistemi yaradılır Uçot sisteminin proqram təminatının yaradılması işi 8 aya yekunlaşacaq
İnfrastruktur
19 Noyabr , 2015 14:48
​Azərbaycanda Torpaqların Elektron Kadastr Uçotu Sistemi yaradılır

Bakı. 19 noyabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi Bakı və Sumqayıt şəhərlərinin kadastr tarixlərində ilk dəfə olaraq, hər iki şəhərin müfəssəl elektron kadastr məlumat bazasını yaradıb, onların rəqəmsal kadastr xəritələrini tərtib edib. Bu bazada hər bir torpaq parseli, onların üzərindəki tikili barədə müfəssəl məlumatlar toplanıb.

"Report" Komitənin mətbuat xidmətinə istinadan bildirir ki, gələn ilin birinci yarımilliyində Gəncə şəhərində və Şəki rayonu üçün də mükəmməl kadastr hazır olacaq. Ölkənin 53 rayon mərkəzinin ərazilərinin də torpaq uçotu işinə başlanılıb.

Eyni zamanda, bu layihə çərçivəsində yaxın iki il ərzində daha 13 min ha ərazidəki torpaqlar və onların üzərindəki daşınmaz əmlak barədə müfəssəl kadastr işi yekunlaşacaq. Bununla yanaşı, artıq kənd təsərrüfatı təyinatlı torpaqlarda da torpaq uçotu işinə başlanılıb.

Bununla belə, torpaq uçotu işləri yekunlaşmış Bakı, Sumqayıt, Gəncə şəhərlərinin bələdiyyə xəritələrinin tərtibi işinə hazırlıq gedir. Həmçinin uçot sisteminin proqram təminatının yaradılması işinə başlanılıb və bu işin yaxın 8 ayda yekunlaşdırılması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi