Azərbaycanda torpaqları zəbt edənlərə qarşı cərimələrin həcmi açıqlanıb

Azərbaycanda torpaqları zəbt edənlərə qarşı cərimələrin həcmi açıqlanıb 140 şəxs barəsində inzibati protokol tərtib edilərək icraata götürülüb
İnfrastruktur
13 Oktyabr , 2015 17:02
Azərbaycanda torpaqları zəbt edənlərə qarşı cərimələrin həcmi açıqlanıb

Bakı. 13 oktyabr. REPORT.AZ/ Torpaq sahələrindən əsassız və qeyri-qanuni istifadə hallarının, torpaq qanunvericiliyinə zidd özbaşına tikintilərin aparılmasının qarşısının alınması istiqamətində tədbirlər gücləndirilib.

Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu barədə bu gün yanvar-sentyabr aylarında görülmüş işlər və qarşıda duran vəzifələrə dair keçirilən müşavirədə qeyd olunub.

Bildirilib ki, dövlət mülkiyyətində olan torpaq sahələrinin səmərəli istifadəsinə nəzarət məqsədilə mütəmadi olaraq monitorinqlər aparılıb:

"Zəbtolunma, qeyri-qanuni və ya təyinatına zidd istifadə halları ilə bağlı sərt cəza tədbirləri həyata keçirilir. Belə ki, 140 fiziki və hüquqi şəxs barəsində inzibati protokol tərtib edilərək icraata götürülüb. Bu barədə qərar qəbul edilərək 151 789 manat cərimə tətbiq olunub".

Son xəbərlər

Orphus sistemi