​Azərbaycanda tikinti işləri bahalaşıb

​Azərbaycanda tikinti işləri bahalaşıb Yerüstü tikililər üzrə qiymətlər 0,1%, yol tikintisi üzrə isə 0,3% artıb
İnfrastruktur
17 Noyabr , 2015 17:11
​Azərbaycanda tikinti işləri bahalaşıb

Bakı. 17 noyabr. REPORT.AZ/ Bu ilin III rübündə yerüstü tikililər üzrə qiymətlər 0,1%, yol tikintisi üzrə qiymətlər 0,3% bahalaşıb, körpü tikintisi üzrə qiymətlər isə sabit qalıb. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ümumilikdə tikinti-quraşdırma işlərində istehsalçı qiymətlərində əvvəlki rüblə müqayisədə 0,1% bahalaşma müşahidə olunub.

Cari ilin III rübündə yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,1%, o cümlədən 5 mərtəbəyə qədər yaşayış evlərinin tikintisi üzrə 0,2%, 6 və daha çox mərtəbəli yaşayış evlərinin tikintisi üzrə 0,1%, sosial təyinatlı binaların tikintisi üzrə 0,1%, o cümlədən inzibati tikililər üzrə 0,3%, ümumtəhsil məktəblərinin tikintisi üzrə 0,1% bahalaşıb, sənaye obyektlərinin tikintisi üzrə qiymətlər isə 0,4% ucuzlaşıb.

Son xəbərlər

Orphus sistemi