​Azərbaycanda sürətli dəmir yollarının inşası ləngiyir

​Azərbaycanda sürətli dəmir yollarının inşası ləngiyir Nəqliyyat naziri Ziya Məmmədov: "Buna səbəb dünyada gedən iqtisadi proseslər və neftin ucuzlaşmasıdır"
İnfrastruktur
26 Yanvar , 2015 12:39
​Azərbaycanda sürətli dəmir yollarının inşası ləngiyir

Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycanda sürətli dəmir yolu şəbəkəsinin qurulması layihəsinin icrası bir qədər ləngiyəcək. "Report"un məlumatına görə, bunu jurnalistlərə verdiyi açıqlamada nəqliyyat naziri Ziya Məmmədov bildirib: "Dünyada gedən iqtisadi proseslər və neftin qiymətinin düşməsi sürətli dəmir yolu şəbəkəsinin qurulması layihəsinin tətbiqini ləngidir".

Nazir qeyd edib ki, avtomobil yollarının tikintisində yeni texnologiyaların tətbiqi zəruridir. Tikilən körpülər, tunellər, keçidlərin və çəkilən yolların keyfiyyətini artırmaq məqsədi ilə müasir tələblərə cavab verən yeni texnologiyalardan istifadə etmək lazımdır. Beynəlxalq təşkilatlarla əlaqələr bundan sonra yolların, körpülərin daha keyfiyyətli və etibarlı qaydada tikilməsinə kömək edəcək. Bu həm ekoloji və texnoloji baxımdan müsbət rol oynayacaq, həm də keyfiyyət baxımından müsbət təsir edəcək".

Sürətli dəmir yolu şəbəkəsinin qurulması məsələsinə toxunan Z.Məmmədov hazırda bu mövzu ətrafında Nəqliyyat Nazirliyinin strukturları ilə fikir mübadiləsi aparıldığını, lakin bu məsələnin hələ real olmadığını bildirib. Nazir qeyd edib ki, sürətli qatar və tramvayların Azərbaycana gətirilməsi hələ bir arzudur, layihənin reallaşmasına əsas əngəllərdən biri də dünyada gedən iqtisadi proseslər və neftin ucuzlaşmasıdır.

Son xəbərlər

Orphus sistemi