Azərbaycanda su təminatının yaxşılaşdırılmasına 10 mln. ayrılıb

Azərbaycanda su təminatının yaxşılaşdırılmasına 10 mln. ayrılıb ​Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
İnfrastruktur
1 İyul , 2016 18:34
Azərbaycanda su təminatının yaxşılaşdırılmasına 10 mln. ayrılıb

Bakı. 1 iyul. REPORT.AZ/ Prezident İlham Əliyev əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sənəddə bildirilir ki, son illərdə Azərbaycan Respublikasında əkin sahələrinin suvarma suyu ilə təminatının daha da yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə mühüm tədbirlər həyata keçirilib, su anbarları, magistral kanallar və digər su təsərrüfatı obyektləri istifadəyə verilib.

Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış vəsait hesabına 2013-2016-cı illərdə ölkənin 40 şəhər və rayonu üzrə əhalisi 1,2 milyon nəfərə yaxın olan 524 yaşayış məntəqəsində əkin sahələrinin, əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təmin olunması və əhalinin içməli suya tələbatının ödənilməsi üçün 657 subartezian quyusu qazılıb, 150 subartezian quyusunda isə qazma işlərinə başlanılıb.

Sərəncama əsasən, əhalisi 380 min nəfərə yaxın olan 37 şəhər və rayonun 134 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 150 subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 10 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

2016-cı ildə qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı


Şəhər, rayon Quyuların sayı Yaşayış məntəqələri
1 Ağcabədi 9 Yuxarı Qiyaməddinli
Poladlı
Bala Kəhrizli
Böyük Kəhrizli
Boyat
Hacılar
Kəbirli
Xocavənd
İmamqulubəyli
2 Ağdam 9 Kəlbəhüseynli
Quzanlı qəsəbəsi (2 ədəd)
Çəmənli
Çullu
Əhmədağalı
Məmmədbağırlı
Qəhrəmanbəyli
Gül Baharlı
3 Ağsu 1 Təklə
4 Ağstafa 6 Aşağı Kəsəmən
Pirili
Poylu (2 ədəd)
Qarahəsənli
Mollacəfərli
5 Astara 1 Ojakəran
6 Balakən 4 Tülü
Qullar
Gərəkli
Qasbinə
7 Beyləqan 4 Kəbirli
Aşıqalılar
Təzəkənd
Dünyamalılar
8 Bərdə 9 Soğanverdilər (2 ədəd)
Xanərəb
Piyadalar
Əmirli
Qullar
Hüseynbəyli
Dəymədağıldı
Şahvəlilər
9 Cəlilabad 3 Cəlilabad şəhərinin ərazisi
Təzəkənd
Üçtəpə
10 Füzuli 6 Şıpartı ərazisi (2 ədəd)
Aşağı Seyidəhmədli ərazisi
1 №-li Qayıdış qəsəbəsi
Böyük Bəhmənli
Arayatlı
11 Gəncə 2 Kəpəz rayonunun ərazisi (2 ədəd)
12 Goranboy 9 Muzdurlar
Nadirkənd
Qaramusalı
Veyisli
Qaradağlı (2 ədəd)
Qızılhacılı qəsəbəsi (2 ədəd)
Aşağı Ballıqaya
13 Göygöl 4 Qırıqlı
Quşqara (2 ədəd)
Bəhrambağ qəsəbəsi
14 Xaçmaz 3 Qıraqlı
Mirzəməmmədqışlaq
Köhnə Xudat
15 Şamaxı 1 Qaravəlli
16 İsmayıllı 4 Qalagah
Qalınçaq
Topçu
Buynuz
17 Qax 6 Dəymədağlı
Ləkit
Güllük
Zəyəm
Tasmalı
Böyük Alatəmir
18 Qazax 5 Daş Salahlı (2 ədəd)
Çaylı (2 ədəd)
Canalı
19 Qəbələ 3 Məlikli
Zarağan
Mıxlıqovaq
20 Quba 3 Aşağı Atuc
Mirzəqışlaq
Zərdabi qəsəbəsi
21 Qusar 2 Kuzunqışlaq
Bədişqala
22 Masallı 2 Banbaşı
Ərkivan
23 Oğuz 3 Dəymədərə
Bucaq
Xaçmazqışlaq
24 Samux 6 Lək
Çobanabdallı
Zazalı
Sərkar
Qarayeri qəsəbəsi
Aşağı Ağasıbəyli
25 Şəki 8 Şəki şəhərinin ərazisi
Orta Zəyzid
Baş Göynük
Kosalı
Şorsu
Oxud
Aşağı Küngüt
Baş Zəyzid
26 Şəmkir 7 Zəyəm Cırdaxan (3 ədəd)
Düyərli
Şiştəpə
Çinarlı
Qaracəmirli
27 Tərtər 7 Yuxarı Qapanlı
İlxıçılar (2 ədəd)
Köçərli
Qaraağacı
Sarıcalı (2 ədəd)
28 Tovuz 8 Dönük Qırıqlı
Aşağı Quşçu
Əyyublu
Aran
Əlimərdanlı
Alakol
Qovlar şəhəri (2 ədəd)
29 Yevlax 2 Qaramanlı
Malbinəsi
30 Zaqatala 6 Muxax (2 ədəd)
Yengiyan
Bəhmətli
Əliabad
Kebeloba
31 Xocavənd 1 Nərgiztəpə ərazisi
32 Yardımlı 1 Deman
33 Şuşa (Ağdam rayonunun ərazisi) 1 Mirzələr qış yatağı
34 Laçın (Ağcabədi rayonunun Taxta-Körpü ərazisi) 1 Sadınlar obası sahəsi
35 Qobustan 1 Təklə Mirzəbaba
36 Lənkəran 1 Şirinsu qəsəbəsi
37 Lerik 1 Lələdulan
Cəmi 150 134

Son xəbərlər

Orphus sistemi