​Azərbaycanda sərnişin daşınması 4% artıb

​Azərbaycanda sərnişin daşınması 4% artıb Bu ilin 9 ayı ərzində 1380 mln. sərnişin daşınıb
İnfrastruktur
15 Oktyabr , 2015 16:02
​Azərbaycanda sərnişin daşınması 4% artıb

Bakı. 15 oktyabr. REPORT.AZ/ Nəqliyyat və anbar təsərrüfatı sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən yanvar-sentyabr aylarında 166,1 mln. ton yük və 1380 mln. sərnişin daşınıb. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2014-cü ilin eyni dövrü ilə müqayisədə yük daşınması 0,6%, sərnişin daşınması isə 3,6% artıb. Yüklərin 3,1%-i dəniz, 7,8%-i dəmir yolu, 61,4%-i avtomobil, 27,7%-i isə boru kəməri nəqliyyatı ilə daşınıb. Sərnişinlərin 88%-i avtomobil, 11,8%-i metro, qalanları isə digər nəqliyyat növləri ilə daşınıb.

Hesabat dövründə nəqliyyat sektorunda 119,6 mln. ton qeyri-neft yükləri daşınıb. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,8% çoxdur.

Son xəbərlər

Orphus sistemi