​Azərbaycanda reklam SMS-lərinin müvafiq müqavilədən sonra göndərilməsinə icazə veriləcək

​Azərbaycanda reklam SMS-lərinin müvafiq müqavilədən sonra göndərilməsinə icazə veriləcək Abunəçinin razılığı olmadan reklamın göndərilməsinə görə operatorlar məsuliyyət daşıyacaq
İnfrastruktur
3 Aprel , 2015 18:29
​Azərbaycanda reklam SMS-lərinin müvafiq müqavilədən sonra göndərilməsinə icazə veriləcək

Bakı. 3 aprel. REPORT.AZ/ Azərbaycanda mobil rabitə operatorları tərəfindən reklam xarakterli SMS-lərin göndərilməsinin yalnız tərəflər arasında yazılı müqavilədən sonra mümkün olması təklif edilir. "Report"un verdiyi xəbərə görə, bu təkliflə Milli Məclisin bugünkü plenar iclasında "Reklam haqqında" qanun layihəsinin II oxunuşda müzakirəsi zamanı deputat Azər Badamov çıxış edib.

"Mobil operatorlar tərəfindən reklam SMS-lərinin göndərilməsinin yalnız yazılı müqavilədən sonra olmasını təklif edirəm. Çünki insanlar bilmədən həmin məktuba razılıq verir ki, bu da ailə büdcəsinin azalması deməkdir. Bütün reklamlar isə sırf Azərbaycan dilində yayımlansın".

Qeyd edək ki, qanun layihəsinə əsasən, telekommunikasiya operatoru və provayderi abunəçiyə reklamı yalnız abunəçi ilə bağlanan müqavilədə reklamın göndərilməsi razılaşdırıldığı halda fərdi qaydada yayımlaya bilər. Abunəçinin razılığı olmadan və ya qanunazidd reklamın göndərilməsi üçün telekommunikasiya operatoru və provayderi məsuliyyət daşıyır.

A.Badamov bildirib ki, sosial reklam mülkiyyət formasından asılı olmayaraq bütün KİV-də ödənişsiz olmaldır.

Qeyd edək ki, iclasın sonunda "Reklam haqqında" qanun layihəsi II oxunuşda qəbul olunub.

Son xəbərlər

Orphus sistemi