​Azərbaycanda ötən il yükdaşıma 2%, sərnişindaşıma isə 5% artıb

​Azərbaycanda ötən il yükdaşıma 2%, sərnişindaşıma isə 5% artıb Nəqliyyat sektorunda 2014-cü ildə 222 mln. ton yük və 1,8 mlrd. nəfər sərnişin daşınıb
İnfrastruktur
23 Yanvar , 2015 12:10
​Azərbaycanda ötən il yükdaşıma 2%, sərnişindaşıma isə 5% artıb

Bakı. 23 yanvar. REPORT.AZ/Azərbaycanın nəqliyyat sektorunda 2013-cü ilə nisbətən yük daşınması 1,9%, sərnişin daşınması isə 4,7% artıb. Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 2014-cü il ərzində 222,0 mln. ton yük və 1,8 mlrd. nəfər sərnişin daşınıb.

Hesabat ilində yüklərin 9,8%-i dəmir yolu, 58,0%-i avtomobil nəqliyyatı, 27,7%-i boru kəməri vasitəsilə, sərnişinlərin 88,0%-i avtomobil nəqliyyatı, 11,8%-i metropolitenlə daşınıb.

Son xəbərlər

Orphus sistemi