Nəqliyyat sektorunda yükdaşıma qiymətləri 35% bahalaşıb

Nəqliyyat sektorunda yükdaşıma qiymətləri 35% bahalaşıb Ölkədaxili yükdaşıma qiymətləri isə sabit qalıb
İnfrastruktur
7 Oktyabr , 2016 20:36
Nəqliyyat sektorunda yükdaşıma qiymətləri 35% bahalaşıb

Bakı. 7 oktyabr. REPORT.AZ/ Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında 2015-ci ilin eyni dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 34,4% bahalaşıb.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin sentyabr ayında isə avqust ayına nisbətən yükdaşıma qiymətləri 1,5%, o cümlədən boru kəməri nəqliyyatı ilə neft və qazın nəql olunma qiyməti müvafiq olaraq 2,1 və 1,6%, ölkələrarası yükdaşıma qiymətləri dəmir yolu və hava nəqliyyatında 1,6%, dəniz nəqliyyatında 1,8%, avtomobil nəqliyyatında 0,6% bahalaşma olub.

Ölkədaxili yükdaşıma qiymətləri isə sabit qalıb.

Son xəbərlər

Orphus sistemi