​Azərbaycanda Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətlərinin yaradılması davam edir

​Azərbaycanda Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətlərinin yaradılması davam edir Ölkədə dövlət qeydiyyatına alınan MMMC-lərin sayı artıq 8-ə çatıb
İnfrastruktur
6 İyul , 2015 18:16
​Azərbaycanda Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətlərinin yaradılması davam edir

Bakı. 6 iyul. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Mənzil Məcəlləsinin və mənzil-kommunal sahəsində formalaşmaqda olan yeni münasibətlərə dair maarifləndirmə işlərinin aparılması istiqamətində tədbirlər davam etdirilir.

“Report” Nazirliyə istinadən xəbər verir ki, yerli icra hakimiyyəti orqanları, bələdiyyələr və ictimaiyyətin digər nümayəndələrinin iştirakı ilə tədbirlər təşkil olunur, bu sahədə mövcud qanunvericilik, bazar iqtisadiyyatı şəraitində yaşayış sahələrinin idarə edilməsi, saxlanması prinsipləri və üsulları barədə məlumat verilir, sahə mülkiyyətçiləri ilə görüşlər keçirilir, onlara ümumi yığıncaqların keçirilməsində və digər təşkilati məsələlərin həllində müvafiq tövsiyələr verilir, sahəyə dair qanunvericilik aktlarını, məlumatları və digər sənədləri özündə əks etdirən kitabçalar və broşurlar paylanılır.

Qeyd edək ki, Bakı şəhərinin Yasamal rayonu, Zahid Xəlilov küç.,74 ünvanında yerləşən 15 mərtəbəli, 3 bloklu, 112 mənzilli binada rayon üzrə növbəti mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti yaradılaraq qeydiyyat orqanında “Yasamal-4” MMMC adı ilə dövlət qeydiyyatından keçib.

Bununla da, ölkədə dövlət qeydiyyatına alınan MMMC-lərin sayı artıq 8-ə çatıb. Bununla yanaşı, hazırda Bakı şəhəri və ölkənin digər şəhərlərində çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqi, eləcə də mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin yaradılması ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi