Məcburi eniş edən “Air İndia” ​təyyarəsi Azərbaycanda təmirə dayanıb

Məcburi eniş edən “Air İndia” ​təyyarəsi Azərbaycanda təmirə dayanıb Təyyarənin sərnişinləri və heyəti şirkətin digər təyyarəsi ilə Bakıdan yola düşüb
İnfrastruktur
11 İyul , 2016 15:37
Məcburi eniş edən “Air İndia” ​təyyarəsi Azərbaycanda təmirə dayanıb

Bakı. 11 iyul. REPORT.AZ/ Ötən gün saat 22:00 radələrində Heydər Əliyev Beynəlxalq Hava Limanında məcburi eniş edən London-Mumbai marşrutu üzrə təyyarənin sərnişinləri və heyəti şirkətin digər təyyarəsi ilə bu gün saat 14:37-də Bakıdan yola düşüb.

Hava Limanından “Report”a bildirilib ki, göyərtəsində 236 nəfər sərnişin olan “Air İndia” aviaşirkətinə məxsus təyyarə təmir olunmalıdır. 

Qeyd edək ki, sözügedən marşrut üzrə aviareyslər “Boeing 787” təyyarəsi ilə həyata keçirilir. Təyyarə texniki problemlər səbəbindən məcburi eniş edib.

Son xəbərlər

Orphus sistemi