​Azərbaycanda həyət evlərinin sənədləşdirilməsi məsələsi yenidən gündəmə gəlib

​Azərbaycanda həyət evlərinin sənədləşdirilməsi məsələsi yenidən gündəmə gəlib Gələn həftədən jurnalistlərə mənzillərin çıxarışlarının verilməsinə başlanacaq
İnfrastruktur
24 Noyabr , 2015 12:51
​Azərbaycanda həyət evlərinin sənədləşdirilməsi məsələsi yenidən gündəmə gəlib

Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycanda şəhər və rayonların kadastrlarının hazırlanması işləri yekunlaşandan sonra həyət evlərinin sənədləşdirilməsi məsələsi müvafiq qurumlarla müzakirə ediləcək. "Report" xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov jurnalistlərə açıqlamasında həyət evlərinin sənədləşdirilməsi məsələsinə toxunarkən deyib: "Hansı sahələrdə mümkündürsə, həmin tikintilərin sənədləşdirilməsi haqqında qərar veriləcək".

Komitə rəsmisi, həmçinin jurnalistlərə verilən mənzillərin çıxarışlarının növbəti həftədən etibarən veriləcəyini də deyib: "Növbəti həftə sənədləşmə işlərinin başlanacağını düşünürük. Hesab edirəm ki, "kütləvi çixarış" kampaniyası çərçivəsində jurnalistlərin də evləri sənədləşdiriləcək".

Son xəbərlər

Orphus sistemi