"Azəryolservis": Bakı-Şamaxı-Yevlax magistral yolunun bağlanılması gözlənilmir - FOTO - VİDEO - ƏLAVƏ OLUNUB

"Azəryolservis": Bakı-Şamaxı-Yevlax magistral yolunun bağlanılması gözlənilmir - FOTO - VİDEO - ƏLAVƏ OLUNUB Sürüşmə zamanı yolun alt və üst hissəsində çökmələr əmələ gəlib
İnfrastruktur
5 Noyabr , 2015 19:28
Azəryolservis: Bakı-Şamaxı-Yevlax magistral yolunun bağlanılması gözlənilmir - FOTO - VİDEO - ƏLAVƏ OLUNUB

Bakı. 5 noyabr. REPORT.AZ/ Bakı-Şamaxı-Yevlax magistral yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsi bağlana bilər. Bu barədə "Report"a Şamaxı 9-saylı Yol İstismarı İdarəsindən məlumat verilib.

Respublikanının əsas magistral yollarından biri olan Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsində torpaq sürüşməsi zamanı yolun alt və üst hissəsində çökmələr əmələ gəlib: "Yolun kənarında torpaq qatı sürüşərək avtomobillərin hərəkətinə mane olur. Yağışlı havalarda  torpaq sürşməsi daha da aktivləşir. Hazırda yolun 107, 106 və 109-cu kilometrliklərində sürüşmələr davam edir. Ümumilikdə 1 hektardan çox ərazini əhatə edən sürüşmə zolağı gündən-günə böyüyərək təhlükəni çoxaldır". 

İdarədən bildirilib ki, sürüşmə baş verən yollar təhlükəli olduğundan yollara "Diqqət sürşmə var" nişanları qoyulub, sürücülərin bu yolda ehtiyatlı olmaları barədə məlumatlandırılması üçün lövhələr quraşdırılıb". 
Yol İstismarı İdarəsindən verilən məlumata görə, ötən həftə yağan yağışlar Ağsu və İsmayıllı aşırımında da sürüşmələrin aktivləşməsinə səbəb olub: "Hazırda yol Şamaxı 9 saylı Yol İstismarı İdarəsinin diqqətindədir. Hər hansı bir şürüşmə hadisəsi təkrarlanarsa  təmir işlərinin aparılması üçün Bakı-Şamaxı-Yevlax magistral yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsi bağlana bilər".

Məsələylə bağlı "Report"a açıqlamasında Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Anar Nəcəfli bildirib ki, həmin istiqamətdə Cəmiyyətin yol istismar idarəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq sürüşmə aktiv olan zonalara baxış keçirilir və nə problem varsa onun qarşısı dərhal alınır: 

"Bir neçə ildir ki, həmin istiqamətdə - 106, 107, 109-cu kilometrliklərdə sürüşmə var. Həmin yol sürüşmə zonasında yerləşir. Bunun qarşısının alınması istiqamətdə mütəmadi bizim əməkdaşlar tərəfindən baxış keçirilir və qarşısı alınır. Hazırda orda heç bir problem yoxdur". 

Onun sözlərinə görə, yaxın günlərdə Bakı-Şamaxı-Yevlax magistral yolunun bağlanılması gözlənilmir. 

Son xəbərlər

Orphus sistemi