Azərbaycanda dəniz və dəmir yolu ilə daşımalar yenə azalıb

Azərbaycanda dəniz və dəmir yolu ilə daşımalar yenə azalıb Bu amil ümumi yük daşınmalarına da mənfi təsir göstərib
İnfrastruktur
15 Aprel , 2016 13:30
Azərbaycanda dəniz və dəmir yolu ilə daşımalar yenə azalıb

Bakı. 15 aprel. REPORT.AZ/ Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2016-cı ilin yanvar-mart aylarında 48,1 mln. ton yük və 437,3 mln. sərnişin daşınıb. 

"Report" xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin yaydığı məlumatda qeyd edilib.

"2015-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 4,6% azalıb, sərnişin daşınması isə 1,7% artıb. Yük daşınmasında müşahidə olunan gerilik dəniz, dəmir yolu və boru kəməri nəqliyyatı daşınmalarında azalmalarla bağlı olub", - deyə qurumun məlumatında bildirilib. 

Bundan əlavə, yüklərin 58,5%-i avtomobil, 31,8%-i boru kəməri, 7,0%-i dəmir yolu, 2,6%-i dəniz, 0,1%-i isə hava nəqliyyatı ilə daşınıb. Sərnişinlərin 87,9%-i avtomobil, 11,9%-i metro, qalanları isə digər nəqliyyat növlərindən istifadə edib.

Son xəbərlər

Orphus sistemi