Azərbaycanda dəmir yolu ilə yük və sərnişinlərin daşınması kəskin azalıb

Azərbaycanda dəmir yolu ilə yük və sərnişinlərin daşınması kəskin azalıb Yük və sərnişindaşımada bu ilin ilk 8 ayında müvafiq olaraq 19% və 22% azalma qeydə alınıb
İnfrastruktur
16 Sentyabr , 2015 15:00
Azərbaycanda dəmir yolu ilə yük və sərnişinlərin daşınması kəskin azalıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Azərbaycanda dəmir yolu nəqliyyatı ilə cari ilin yanvar-avqust aylarında 11,6 mln. ton yük və 1,3 mln. sərnişin daşınıb.

“Report” Dövlət Statistika Komitəsinin məlumatına əsasən bildirir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə nəqliyyatın bu sektorunda yük və sərnişindaşımada müvafiq olaraq 18,5% və 22,4% azalma müşahidə olunub.

Orta hesabla sutkada 464 vaqon yüklənib, 448 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 19,1 min ton, Qərb istiqaməti üzrə 5,2 min ton, Cənub istiqaməti üzrə isə 2,3 min ton yüklənmə işi yerinə yetirilib.

Son xəbərlər

Orphus sistemi