Azərbaycanda dəmir yolları hissələrinin istehsalının təşkili təklif olunur

Azərbaycanda dəmir yolları hissələrinin istehsalının təşkili təklif olunur "Azərbaycan Dəmir Yolları"nın sədri bu cür qurğulara ehtiyacın olduğunu bildirir
İnfrastruktur
13 Oktyabr , 2016 15:45
Azərbaycanda dəmir yolları hissələrinin istehsalının təşkili təklif olunur

Bakı. 13 oktyabr. REPORT.AZ/ "Dəmir yollarında istifadə edilən müəyyən qurğular və hissələr Azərbaycanda da istehsal edilə bilər". "Report" xəbər verir ki, bunu Bakıda dəmir yolu işçilərinin peşə bayramı münasibəti ilə keçirilən yığıncaqda "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.

Hazırda istismar edilən dəmir yolları hissələrinin ölkədə istehsalının təşkil edilməməsindən təəssüfləndiyini deyən sədr bu sahədə istehsalçıları fəal olmağa çağırıb.

"Təəssüf ki, dəmir yolunda istifadə edilən hissələr Azərbaycanda istehsal edilmir. Zəruri olan hər bir materialı xaricdən almalı oluruq. Gələcəkdə mini zavod və fabriklərdə bu hissələr kooperativ idarəetmə formasında, yəni bizim sifarişimiz əsasında istehsal edilə bilər. Rusiyadan müəyyən texniki hissələr, qurğular alırıq, halbuki, onları ölkədə də istehsal edə bilərik. Lakin hazırda lövbər, elektrovoz mühərriki və hissələr istehsal edilmir. Ölkədə istehsalı təşkil edilən dəmir yolu məhsulları isə həm çox baha və həm də keyfiyyətsizdir. Bu vaxta qədər bu işlər niyə icra olunmayıb? Dəmir yollarının bu cür materiallara ehtiyacı var. Məsələ ilə bağlı bir neçə dəfə müraciət də etmişəm, amma səsimə səs verən yoxdur", - deyə C.Qurbanov qeyd edib.

Son xəbərlər

Orphus sistemi