Azərbaycanda daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiqləyən sənədlərin siyahısında dəyişiklik olub

Azərbaycanda daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiqləyən sənədlərin siyahısında dəyişiklik olub Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb
İnfrastruktur
11 İyul , 2016 19:19
Azərbaycanda daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiqləyən sənədlərin siyahısında dəyişiklik olub

Bakı. 11 iyul. REPORT.AZ/ Azərbaycanda daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiqləyən sənədlərin siyahısında dəyişiklik olub. 

"Report"un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb. 

Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na aşağıdakı dəyişikliklər edilib:

Siyahının 1-ci hissəsinə aşağıdakı məzmunda 1.11-ci bənd əlavə edilsin:

“1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.”.

Siyahının 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.3-cü bənddə “yaşayış evlərinə” sözlərindən sonra “və (və ya) onların yerləşdiyi torpaq sahələrinə” sözləri əlavə edilsin;

2.4-cü bənddə “texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və” sözləri çıxarılsın.

Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi