Azərbaycanda daha bir neçə telekanal ​"Azerspace-1"ə qoşulub

Azərbaycanda daha bir neçə telekanal ​"Azerspace-1"ə qoşulub Bunlar, əsasən region televiziya kanallarıdır
İnfrastruktur
31 Mart , 2015 15:14
Azərbaycanda daha bir neçə telekanal ​Azerspace-1ə qoşulub

Bakı. 31 mart. REPORT.AZ/ “Azərkosmos” ASC ilə ölkənin bir neçə region kanalı arasında kanalların yayımına dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, region kanalları – "Qütb TV" (Quba), "Alternativ TV" (Gəncə), "Türkəl" TV (Tovuz) və "Region TV" artıq "Azerspace-1" peyki üzərindən yayıma başlayıb. Regionlarda fəaliyyət göstərən bu kanallar artıq 11024/V/12700 tezliyi ilə yayımlanmaqdadır. Yeni tezliyin detalları belədir: 11024 Mhz : S/R-12700: QPSK 5/6: Pol –V

Qeyd edək ki, “Azərkosmos” Qafqazda yeganə peyk operatoru olaraq telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. Ötən ilin dekabr ayından etibarən "Azərkosmos" sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1.5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan "Azersky"ın idarəçiliyini təhvil alıb və bununla da geo-informasiya xidmətləri də daxil olmaqla, Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlayıb. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, "Azərkosmos" 2017-ci ildə ikinci telekommunikasiya peyki "Azerspace-2"-n" 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı və çox yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki əldə etməyi planlaşdırır. 

Son xəbərlər

Orphus sistemi