​Azərbaycanda Belarus aqromobilləri istehsal oluna bilər

​Azərbaycanda Belarus aqromobilləri istehsal oluna bilər Məsələyə may ayında aydınlıq gələcək
İnfrastruktur
28 Aprel , 2016 05:18
​Azərbaycanda Belarus aqromobilləri istehsal oluna bilər

Bakı. 28 aprel. REPORT.AZ/ Azərbaycan Belarus Milli Texniki Universitetinin hazırladığı aqromobil layihəsi ilə maraqlanır.

"Report" xəbər verir ki, bu barədə sözügedən ölkənin Elm və Texnologiyalar üzrə Dövlət Komitəsinin sədri vəzifəsini tutan Aleksandr Şumilin məlumat verib.

Layihə 3-6 may tarixlərində Minskdə keçiriləcək Belarus Sənaye Forumunda təqdim olunacaq.

Aqromobil bu funksiyaları birləşdirir: xizəkli-tırtıllı avtomobil; yığcam nəqliyyat vasitəsi; yığcam traktor.

O qeyd edib ki, bu layihə artıq Azərbaycan, Qazaxıstan və Türkmənistanda diqqət cəlb edib. Ona görə də forumun gedişatında bilavasitə xüsusi olaraq bu aqromobillərin quraşdırılması və istehsalı üçün yaradılacaq yer müəyyən ediləcək.

Son xəbərlər

Orphus sistemi