Azərbaycana avtomobillərin idxalı azalıb

Azərbaycana avtomobillərin idxalı azalıb Aydın Əliyev: "Bəzi satıcılar köhnə maşınları sərhəddən keçirərək ölkə daxilində qeyri-rəsmi satışını təşkil edir"
İnfrastruktur
8 Aprel , 2015 13:02
Azərbaycana avtomobillərin idxalı azalıb

Bakı. 8 aprel. REPORT.AZ/ Son dövrdə Azərbaycanda tətbiq edilən "Avro-4" ekoloji standartı ilə bağlı ölkəyə gətirilən nəqliyyat vasitlərinin sayı azalıb. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

A.Əliyevin sözlərinə görə, ölkəyə avtomobil idxalının həcmində azalma var: “Bu da avtomobillərin gətirilməsi ilə bağlı qoyulan məhdudiyyətlərlə bağlıdır. Bəzi dırnaqarası işbazlar köhnə maşınları sərhəddən keçirərək ölkə daxilində qeyri-rəsmi satışını təşkil edir. Yaxud da həmin avtomobillərin əsas hissələrini çıxararaq, satışını həyata keçirirlər. Gömrük orqanları buna qarşı ciddi tədbirlər görür”.

Son xəbərlər

Orphus sistemi