​Azərbaycana avtomobil idxalı 2 dəfədən çox azalıb

​Azərbaycana avtomobil idxalı 2 dəfədən çox azalıb Yük maşınlarının idxalı 2,3 dəfə, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin sayı isə 31% azalıb
İnfrastruktur
18 Noyabr , 2015 12:44
​Azərbaycana avtomobil idxalı 2 dəfədən çox azalıb

Bakı. 18 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr ayları ərazində Azərbaycana 24 219 ədəd avtomobil idxal edilib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə 27 867 ədəd yaxud 2 dəfədən çox azalıb.

Hesabat dövründə 21 497 ədəd minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri idxal olunub ki, bu da ötən ilin müvafiq dövründən 2,2 dəfə az olub.

Bu ilin yanvar-oktyabr aylarında 757 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri idxal olunub ki, bu da ötən ildən 487 ədəd yaxud 2,8 dəfə çoxdur.

Hesabat dövründə idxal olunan yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin sayı 1 750 ədəd, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin sayı 215 ədəd təşkil edib. Yük maşınlarının idxalı ötən ilin müvafiq dövründən 2 375 ədəd yaxud 2,3 dəfə, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin sayı 97 ədəd və ya 31% az olub.

Son xəbərlər

Orphus sistemi