Azərbaycana 10 mindən artıq siqaretin qaçaqmalçılıq yolu ilə gətirilməsinə cəhd edilib

Azərbaycana 10 mindən artıq siqaretin qaçaqmalçılıq yolu ilə gətirilməsinə cəhd edilib Tovuz Gömrük İdarəsinin əməkdaşları bunun qarşısını alıblar
İnfrastruktur
25 İyun , 2016 15:36
Azərbaycana 10 mindən artıq siqaretin qaçaqmalçılıq yolu ilə gətirilməsinə cəhd edilib

Bakı. 25 iyun. REPORT.AZ/ Tovuz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb. 

Bu barədə "Report"a Dövlət Gömrük Komitəsindən daxil olan məlumatda bildirilib. 

Məlumata görə, Qazax rayon sakinlərinə məxsus 2 avtomobilə Tovuz Gömrük İdarəsinin Sınıq Körpü gömrük postunda gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərindən üzərində aksiz markası olmayan ümumilikdə 10 400 ədəd siqaret aşkar olunaraq götürülüb.

Son xəbərlər

Orphus sistemi