Azərbaycan Xəzərdəki daşımalarda daha bir bərə cəlb edib

Azərbaycan Xəzərdəki daşımalarda daha bir bərə cəlb edib Artıq "Merkuri-1" istismara verilib
İnfrastruktur
25 Yanvar , 2016 13:03
Azərbaycan Xəzərdəki daşımalarda daha bir bərə cəlb edib

Bakı. 25 yanvar. REPORT.AZ/ "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin daha bir bərəsi – “Merkuri-1” gəmisi də Transxəzər istiqamətində yük avtomobillərinin daşınmasına cəlb olunub. Gəmi dokda baxışdan və müvafiq təmir işlərindən sonra istismara buraxılıb.

Cəmiyyətdən "Report"a daxil olan xəbərə görə, istismarda olan bərələrin və "ro-ro" tipli gəmilərin ümumi sayı 14-ə çatdırılıb. Hazırda Bakı-Aktau-Bakı və Bakı-Türkmənbaşı-Bakı xətlərinin hər birində 6 bərə və 1 "ro-ro" gəmisi dəmiryol vaqonları və təkərli texnika daşıyır.

Gəmi-bərələrin səfərləri barədə, o cümlədən limandan çıxış və təyinat limanına gəliş vaxtları haqqında məlumatlar mütəmadi olaraq onlayn rejimdə Gəmiçiliyin veb-saytında yerləşdirilir. Əlaqə telefonları: (+99412) 404 37 00 (daxili - 1044) / (+99450) 664 68 69.

Son xəbərlər

Orphus sistemi