Azərbaycan və Tacikistan Bakı-Düşənbə aviareysinin bərpasını istəyir

Azərbaycan və Tacikistan Bakı-Düşənbə aviareysinin bərpasını istəyir Azərbaycanın Tacikistandakı səfiri iqtisadi inkişaf və ticarət naziri ilə görüş keçirib
İnfrastruktur
22 Oktyabr , 2015 10:41
Azərbaycan və Tacikistan Bakı-Düşənbə aviareysinin bərpasını istəyir

Bakı. 22 oktyabr. REPORT.AZ/ Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Neqmatullo Hikmatullozoda ilə görüşüb. "Report" Avesta.tj-ya istinadən xəbər verir ki, görüş zamanı tərəflər Bakı-Düşənbə aviareysinin bərpasının indiyə qədər gecikməsinin ikitərəfli münasibətlərin praktiki inkişafına mənfi təsir göstərdiyi fikri ilə razılaşıb.

Tərəflər, həmçinin Tacikistan-Azərbaycan hökumətlərarası komissiyasının ticari-iqtisadi əməkdaşlıq üzrə 3-cü iclasının protokolunda göstərilən maddələrin həyata keçməsi yönündə fikir mübadiləsi aparıb.

Abbasəli Həsənov həmsöhbətinə Azərbaycanın iqtisadi və sosial nailiyyətləri barədə məlumat verib. O, qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda lider dövlətdir və öz təcrübəsini dost Tacikistanla bölüşməyə hazırdır.

Görüş zamanı tərəflər yaxın gələcəkdə istismara veriləcək Bakı-Tbilisi-Qars və Tacikistan-Əfqanıstan-Türkmənistan dəmir yolu layihələrinin birləşməsi perspektivinə də toxunub.

Bu layihələrin birləşməsindən sonra reallaşacaq Asiya-Qafqaz-Avropa rabitə dəhlizinin əhəmiyyəti vurğulanıb.

Son xəbərlər

Orphus sistemi