Azərbaycan və Rusiya növbəti 3 il üçün avtomobil yükdaşımalarına icazələrin sayını müəyyənləşdirib

Azərbaycan və Rusiya növbəti 3 il üçün avtomobil yükdaşımalarına icazələrin sayını müəyyənləşdirib Nəticələr Azərbaycan-Rusiya Qarışıq Komissiyasının iclasında əldə edilib
İnfrastruktur
25 Oktyabr , 2016 11:07
Azərbaycan və Rusiya növbəti 3 il üçün avtomobil yükdaşımalarına icazələrin sayını müəyyənləşdirib

Bakı. 25 oktyabr. REPORT.AZ/ Azərbaycan və Rusiya 2017-2019-cu illərdə avtomobil yükdaşımaları üçün qarşılıqlı icazələrin ilkin sayını müəyyən edib. "Report"un "Rjd" saytına istinadən verdiyi xəbərə görə, bunu Bakıda keçirilən Azərbaycan-Rusiya Qarışıq Komissiyasının iclasında Rusiya Avtomobil Nəqliyyatı Agentliyinin baş direktor müavini Ruslan Lujetski bildirib. 

"Yüklərin ikitərəfli və tranzit daşınmasına 18 min icazə, yüklərin üçüncü ölkələrdən daşınmasına 1,8 min və sərnişinlərin müntəzəm olmayan nəqliyyatla daşınması üçün 1 min icazə verilib", - deyə R.Lujetski əlavə edib. 

Rusiya Nəqliyyat Nazirliyi Avtomobil və şəhər nəqliyyatı sahəsi üzrə dövlət siyasəti Departamentinin direktoru Aleksey Bakirey isə deyib ki, iki ölkə arasında xarici ticarət və avtomobil yükdaşımalarının həcminin artması Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafının zəruriliyini təsdiq edir. 

"Bu il Şimal-Cənub dəhlizi ilə yükdaşıma əməliyyatları fəallaşıb. Azərbaycan ilə Rusiya arasında bu ilin 9 ayında avtomobil yüklərinin daşınma həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 20% artıb. Bu dəhliz Hindistan, İran, Fars körfəzi ölkələrindən göndərilən tranzit yüklərin Azərbaycan və Rusiya ərazisindən keçməklə, daha sonra Şimal və Qərbi Avropaya hərəkət etməsi üçün optimal imkanlar yaradır", - deyə Nazirlik rəsmisi qeyd edib.

Son xəbərlər

Orphus sistemi