​Azərbaycan və Özbəkistan beynəlxalq avtomobil daşımaları haqqında saziş imzalayacaq

​Azərbaycan və Özbəkistan beynəlxalq avtomobil daşımaları haqqında saziş imzalayacaq Tərəflər beynəlxalq avtomobil daşımaları sahəsində ikitərəfli əməkdaşlığın vəziyyəti barədə fikir mübadiləsi aparıb
İnfrastruktur
8 Oktyabr , 2015 10:41
​Azərbaycan və Özbəkistan beynəlxalq avtomobil daşımaları haqqında saziş imzalayacaq

Bakı. 8 oktyabr. REPORT.AZ/ Özbəkistanın avtomobil və çay nəqliyyatı agentliyində Özbəkistan və Azərbaycanın müvafiq orqanlarını təmsil edən ekspertlərdən ibarət nümayəndə heyətlərinin görüşü keçirilib. "Report" agentliyin saytına istinadən xəbər verir ki, danışıqlar zamanı tərəflər beynəlxalq avtomobil daşımaları sahəsində ikitərəfli əməkdaşlığın vəziyyəti barədə fikir mübadiləsi aparıb və iki ölkə arasında yük daşımalarının həyata keçirilməsi ilə bağlı praktiki məsələləri müzakirə ediblər.

Bundan əlavə, tərəflər beynəlxalq avtomobil daşımaları üzrə iki ölkənin hökumətləri arasında saziş layihəsinin yekun variantı barədə razılığa gəliblər.

Son xəbərlər

Orphus sistemi