Azərbaycan və İran rəsmiləri Bakıda Şimal-Cənub nəqliyyat dəhlizi üzrə görülən işləri müzakirə ediblər

Azərbaycan və İran rəsmiləri Bakıda Şimal-Cənub nəqliyyat dəhlizi üzrə görülən işləri müzakirə ediblər Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb
İnfrastruktur
10 İyun , 2016 17:08
Azərbaycan və İran rəsmiləri Bakıda Şimal-Cənub nəqliyyat dəhlizi üzrə görülən işləri müzakirə ediblər

Bakı. 10 iyun. REPORT.AZ/ Bu gün Bakıda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla İranın yol və şəhərsalma nazirinin müavini və İranın Nəqliyyat infrastrukturunun tikintisi və inkişafı Şirkətinin icraçı direktoru Əli Nurzadın başçılıq etdiyi nümayəndə heyəti ilə ikitərəfli görüş keçirilib.

"Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov "Report"a bildirib ki, görüşdə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Astara çayı üzərindən 82,5 metr uzunluğunda dəmir yolu körpüsünün təməlqoyma mərasimindən sonrakı vəziyyət, Astara stansiyasından İran dövlət sərhəddinə qədər birxətli 8,3 km uzunluğunda yeni dəmir yolu xəttinin tikintisi, eyni zamanda İran tərəfdə görülən işlər müzakirə olunub.

C.Qurbanov iclasda çıxış edərək bildirib ki, Şimal-Cənub dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirəcək. Ölkənin tranzit potensialının artırılması istiqamətində görülən işlər bu beynəlxalq nəqliyyat dəhlizinin ölkənin ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsini zəruri edib. 

Ə.Nurzad isə çıxışında Şimal-Cənub dəhlizinin Azərbaycan və İran arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyini bildirib.

Nəticədə, ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

Son xəbərlər

Orphus sistemi