Azərbaycan və İran nəqliyyat sahəsində əməkdaşlıq protokolu imzalayıb - FOTO

Azərbaycan və İran nəqliyyat sahəsində əməkdaşlıq protokolu imzalayıb - FOTO Sənəddə avtomobil daşıyıcılarının qarşılaşdığı problemlər və onların həlli yolları əksini tapıb
İnfrastruktur
12 İyul , 2016 11:58
Azərbaycan və İran nəqliyyat sahəsində əməkdaşlıq protokolu imzalayıb - FOTO

Bakı. 12  iyul. REPORT.AZ/ Azərbaycanla İran arasında reallaşdırılan beynəlxalq avtomobil əlaqələri sahəsində İran-Azərbaycan Birgə Komissiyasının Tehranda növbəti iclası keçirilib.

Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızının "Report"a verdiyi məlumata görə, Azərbaycan nümayəndə heyətinə qurumun rəis müavini İbrahim Əliyev, İran nümayəndə heyətinə Yol və Şəhərsalma Nazirliyinin Yol və Avtonəqliyyat Departamentinin tranzit və sərhəd-keçid məntəqələri ilə iş üzrə idarəsinin rəisi Məhəmmədcavad Ətirçian rəhbərlik edib.

İclasda Azərbaycan və İran arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, yük və sərnişin daşımaları zamanı qarşılaşılan problemlər və onların həlli yolları, daşımaların inkişafı perspektivləri və digər aktual məsələlər müzakirə edilib. Müzakirələrin sonunda bununla bağlı protokol imzalanıb.

Protokola əsasən, tərəflər hər iki ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olduğunu qeyd edərək, “Şimal-Cənub” və “TRASECA” beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı sahəsində regional və beynəlxalq təşkilatlarda birgə fəaliyyətlərinin davam etdirilməsi barədə razılığa gəliblər. Sənəddə, iki ölkə arasında həyata keçirilən beynəlxalq avtomobil daşımalarının hazırkı vəziyyətindən məmnunluq ifadə olunub.

Son xəbərlər

Orphus sistemi