Azərbaycan Türkiyə ilə Qazaxıstan arasında daşınan yüklərə güzəştli tariflər təklif edib

Azərbaycan Türkiyə ilə Qazaxıstan arasında daşınan yüklərə güzəştli tariflər təklif edib Tərəfdaş ölkələrə 20% endirim tətbiq edilib
İnfrastruktur
2 Dekabr , 2015 17:07
Azərbaycan Türkiyə ilə Qazaxıstan arasında daşınan yüklərə güzəştli tariflər təklif edib

Bakı. 2 dekabr. REPORT.AZ/ Türkiyədən Qazaxıstan istiqamətində yük maşınları ilə daşımalar üçün Xəzər dənizi üzərindən marşrutda əlverişli şəraitin yaradılması ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Azərbaycandan Qazaxıstana dəniz yolu ilə daşıma tariflərinə 20%-ə qədər endirim tətbiq edir.

Bu barədə "Report"a “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən daxil olan xəbərdə bildirilir.

Belə ki, yeni tarif sürücü ilə birlikdə 1 standart qoşqulu yük avtomobilinin (16,5 metr uzunluqda TIR) bir istiqamətdə (Bakı-Aktau və ya Aktau-Bakı) daşınması üçün 1 200 ABŞ dolları məbləğində müəyyənləşdirilir. Geri dönüş üçün bilet öncədən alındığı halda, bu tarif hər iki istiqamətə bir qədər də aşağı - cəmi 2 100 dollar təşkil edəcək.

Bildirilir ki, Bakı-Aktau və Aktau-Bakı istiqamətlərində daşımalar Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanından aparılır.

Son xəbərlər

Orphus sistemi