Azərbaycan "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi ölkələri ilə tariflər üzrə razılığa gəlib

Azərbaycan "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi ölkələri ilə tariflər üzrə razılığa gəlib Mart ayının sonunadək bu marşrutlar üzrə ilk qatarın yola salınması gözlənilir
İnfrastruktur
11 Fevral , 2016 15:42
Azərbaycan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ölkələri ilə tariflər üzrə razılığa gəlib

Bakı. 11 fevral. REPORT.AZ/ Moskvada “Rusiya Dəmir Yolları” ASC və “Azərbaycan Dəmir Yolları” QSC arasında əlverişli əməkdaşlığın inkişaf etdirilməsinə həsr olunmuş yığıncaq keçirilib.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəisi Nadir Əzməmmədovun "Report"a verdiyi məlumata görə, tədbir iki ölkənin dəmir yolu qurumlarının rəhbərləri Cavid Qurbanov və Oleq Belozyorov arasında əvvəlcədən əldə olunmuş razılığa uyğun olaraq baş tutub. 

Yığıncaqda Rusiya-Azərbaycan istiqamətində yükdaşımaların təşkili, Azərbaycanın tranzit potensialının inkişaf etdirilməsi, həmçinin maraqlı dövlətlərin cəlb edilməsi şərtilə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

“Rusiya Dəmir Yolları” ASC, “RDY Logistika” SC, “Azərbaycan Dəmir Yolları” QSC və “ADY Ekspress” MMC-nin nümayəndə heyətləri, Azərbaycan, həmçinin Hindistan (Cavahirləl Nehru limanı (Nava-Şeva) - İran (Bəndər-Abbas - Qəzvin - Astara) - Azərbaycan (Astara-Yalama), Rusiya (Samur-Moskva), habelə Hindistan (Cəvahirləl Nehru limanı (Nava-Şeva) - İran (Bəndər-Abbas - Qəzvin - Astara) - Azərbaycan (Astara-Yalama) - Rusiya (Samur - Sankt Peterburq), bununla yanaşı, Hindistan (Cəvahirləl Nehru limanı (Nava-Şeva) - İran (Bəndər-Abbas - Qəzvin - Astara) - Azərbaycan (Astara-Yalama) - Rusiya (Samur-Buslovskaya) - Finlandiya (Helsinki) və İran (Tehran-Astara) - Azərbaycan (Astara-Yalama) - Rusiya (Samur-Moskva) marşrutları üzrə yükdaşıma, nəqliyyat-ekspeditor xidməti, yüklərin boşaldılması və saxlanılması sahəsində əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib.

Müzakirələrdən sonra tərəflər yükdaşıma marşrutlarında müvafiq rəqabətədavamlı tariflər üzrə razılığa gəlib. Bu ilin mart ayının sonunadək bu marşrutlar üzrə ilk qatarın yola salınması gözlənilir.

Tərəflər arasında növbəti görüşün mart ayında Bakıda keçirilməsi üzrə razılıq əldə olunub.

Son xəbərlər

Orphus sistemi