Azərbaycan Odessa Dəniz Mühəndis Bürosu ilə əməkdalığı genişləndirir

Azərbaycan Odessa Dəniz Mühəndis Bürosu ilə əməkdalığı genişləndirir Odessa Dəniz Mühəndis Bürosunun baş direktoru Xəzər Dəniz Gəmiçiliyində olub
İnfrastruktur
5 Fevral , 2016 12:12
Azərbaycan Odessa Dəniz Mühəndis Bürosu ilə əməkdalığı genişləndirir

Bakı. 5 fevral. REPORT.AZ/ "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev Bakıda səfərdə olan Odessa Dəniz Mühəndis Bürosunun baş direktoru Gennadi Yeqorov və baş konstruktoru Valeri Tonyukla görüşüb.

Cəmiyyətdən "Report"a daxil olan xəbərə görə, G.Yeqorov və V.Tonyuk Bakıda keçirdikləri görüşlər barədə məlumat verərək, əməkdaşlıq perspektivlərini yüksək qiymətləndiriblər. G.Yeqorov Dəniz Mühəndis Bürosunun hazırladığı layihələr əsasında Bakı Gəmiqayırma Zavodunda gəmi inşa etmək üçün hər bir şəraitin olduğunu təsdiqləyib. O, gəmiçilik üçün maraq doğura biləcək müxtəlif təyinatlı gəmi layihələri barədə geniş məlumat verib.

R.Vəliyev Gəmiçiliyin gələcək planları və inkişaf perspektivlərindən, donanmanın yeniləşdirilməsi zərurətindən ətraflı söhbət açıb. Qeyd edib ki, gəmiçilik üçün kran, xilasetmə və yanğınsöndürmə əməliyyatlarını yerinə yetirən ixtisaslaşmış gəmilərin, habelə quru yük daşıyan, tanker və "Ro-PAX" tipli təkərli texnika və sərnişin daşıyan gəmilərin sifarişi daha aktualdır.

Fikir mübadiləsi zamanı müxtəlif gəmi variantlarının inşaat və istismar özəllikləri müzakirə olunub, əməkdaşlığın bundan sonra da davam etdirilməsi qərara alınıb.

Son xəbərlər

Orphus sistemi