​Azərbaycan nümayəndəsi ITU-nun Peyk xidmətləri üzrə Tədqiqat Komissiyasının sədr müavini seçilib

​Azərbaycan nümayəndəsi ITU-nun Peyk xidmətləri üzrə Tədqiqat Komissiyasının sədr müavini seçilib Tədqiqat Komissiyası peyk xidmətləri üzrə texniki və prosedura qaydaları üzrə araşdırmaları həyata keçirəcək
İnfrastruktur
31 Oktyabr , 2015 15:45
​Azərbaycan nümayəndəsi ITU-nun Peyk xidmətləri üzrə Tədqiqat Komissiyasının sədr müavini seçilib

Bakı. 31 oktyabr. REPORT.AZ/ Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) tərəfindən bu il keçirilmiş Radiorabitə Assambleyasında peyk xidmətləri üzrə 4-cü Tədqiqat Qrupuna sədr müavini vəzifəsinə Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı Sahibə Həsənovanın namizədliyi verilib və qəbul olunub. 

Nazirliyin mətbuat xidmətindən "Report"a daxil olan xəbərə görə, Azərbaycan nümayəndəsinin sədr müavini kimi fəaliyyət göstərəcək Tədqiqat Komissiyası peyk xidmətləri üzrə texniki və prosedur qaydaları üzrə araşdırmaları həyata keçirəcək. Bu da hazırda Azərbaycanda prioritet sahələrdən biri hesab edilən peyk sahəsinin ölkədə inkişaf etdirilməsində tövhə verəcək.

Qeyd edək ki, ITU tərəfindən hər dörd ildən bir Rabitə Assambleyası keçirilir. Sonuncu Assambleya bu ilin oktyabrın 26-30-da baş tutub. Assambleyanın keçirilməsinin məqsədi ITU-nun Radiorabitə üzrə Tədqiqat Komissiyalarının keçən dövr ərzində gördükləri iş üzrə hesabatların dinlənilməsi, Tədqiqat Komissiyalarından radiorabitə sahəsində araşdırmaların aparılması üçün yeni tapşırıqların verilməsi, eyni zamanda, Tədqiqat Komissiyalarına növbəti dövr üçün rəhbər vəzifələrə seçkilərin təşkil olunmasıdır.

Hazırda Rabitə Assambleyasının qərarına əsasən 6 Tədqiqat Komissiyası fəaliyyət göstərir. Bu Tədqiqat Komissiyalarına tezliklərdən istifadənin idarə edilməsi, radiodalğaların yayılması, peyk xidmətləri, yerüstü xidmətlər, yayım xidmətləri və elmi xidmətlər aiddir.

Son xəbərlər

Orphus sistemi