Azərbaycan nümayəndələri İspaniyada keçirilən beynəlxalq statistika konfransında iştirak ediblər

Azərbaycan nümayəndələri İspaniyada keçirilən beynəlxalq statistika konfransında iştirak ediblər Konfrans Avropa Statistika Bürosu və İspaniya Milli Statistika İnstitutunun təşkilatçılığı ilə keçirilib
İnfrastruktur
3 İyun , 2016 17:34
Azərbaycan nümayəndələri İspaniyada keçirilən beynəlxalq statistika konfransında iştirak ediblər

Bakı. 3 iyun. REPORT.AZ/ İyunun 1-3-də Avropa Statistika Bürosu və İspaniya Milli Statistika İnstitutunun təşkilatçılığı ilə Madriddə “Rəsmi statistikada keyfiyyət” üzrə Avropa konfransı keçirilib.

“Report” Dövlət Statistika Komitəsinə (DSK) istinadən bildirir ki, konfransda DSK sədrinin müavini Yusif Yusifov, keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsinin müdiri Vüqar Məmmədəlizadə iştirak ediblər.

Sözügedən konfrans 2001-ci ildən təşkil edilir, müxtəlif sahələrdə çalışan mütəxəssislərlə rəsmi statistikada inkişafa və tərəqqiyə dair müzakirələrin aparılması, ən yaxşı təcrübələnin bölüşülməsi sahəsində əhəmiyyətli rol oynamağa başlayıb.

Tədbirdə statistika sisteminin əlaqələndirilməsi, məlumatların keyfiyyətinin artırılması, inzibati məlumatlardan istifadə olunması, keyfiyyətin idarə edilməsi, keyfiyyətlə bağlı ən son standartların və tövsiyələrin mənimsənilməsi, metaməlumatlar sistemi kimi aktual məsələlərlə bağlı müzakirələr aparılıb. Bununla yanaşı, konfransda beynəlxalq təşkilatlar tərəfindən ötən illər ərzində qəbul edilən metodoloji tövsiyələrin milli statistika təşkilatlarında tətbiqi vəziyyəti, milli statistika sisteminin qiymətləndirilməsi sahəsindəki fəaliyyətlər diqqətə çatdırılıb.

Rəsmi statistikada keyfiyyətə dair aktual və innovativ mövzulara müraciət olunması, xüsusi sessiyalar təşkil edilməklə açıq formada diskussiyaların aparılması konfransın gündəliyində duran əsas məsələlərdəndir. 

Son xəbərlər

Orphus sistemi