Azərbaycan-Niderland biznes forumu keçiriləcək

Azərbaycan-Niderland biznes forumu keçiriləcək İqtisadiyyat və Sənaye Nazirliyində görüş keçirilib
İnfrastruktur
9 Aprel , 2015 18:55
Azərbaycan-Niderland biznes forumu keçiriləcək

Bakı. 9 aprel. REPORT.AZ/ Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Niderland Krallığının Azərbaycandakı səfiri Robert Jan Qabrielseni qəbul edib. Bu barədə "Report"a nazirlikdən məlumat verilib. 

Görüşdə Azərbaycan və Niderland Krallığı arasında əlaqələrin uğurla inkişaf etdiyi, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün ölkələrimizin böyük potensiala malik olduğu vurğulanıb. Görüşdə əlaqələrin genişlənməsində qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd edilib, Azərbaycan nümayəndə heyətinin aprel ayında Niderlanda nəzərdə tutulan səfəri və səfər çərçivəsində Azərbaycan-Niderland biznes forumunun təşkili məsələlərinə dair müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi