Azərbaycan müştərilərinə yeni "Rolls-Royce" avtomobili təklif olunur

Azərbaycan müştərilərinə yeni "Rolls-Royce" avtomobili təklif olunur Sosial şəbəkələrdə pərəstişkarların çoxsaylı xahişindən sonra kulis arxasında çəkilmiş kadrlar da buraxılıb
İnfrastruktur
3 Aprel , 2015 17:36
Azərbaycan müştərilərinə yeni Rolls-Royce avtomobili təklif olunur

Bakı. 3 aprel. REPORT.AZ/ “New York Auto Show 2015” sərgisində “Rolls-Royce Motor Cars” şirkəti tərəfindən təqdim olunan yeni “Wraith Inspired by Film” xüsusi modelini Azərbaycandan olan müştərilər sifariş edə bilərlər.

“Rolls-Royce" avtomobil brendini Azərbaycanda təmsil edən "Improtex Motors"dan “Report”a verilən məlumata görə, “Wraith Inspired by Film” modeli haqqında çəkilmiş xüsusi videoçarxda “Rolls-Royce” haqqında geniş məlumat qeyd olunur. “Rolls-Royce” avtomobilləri “Goldfinger”, “Sarı Rolls-Royce”, “Tomas Kraunun fırıldağı” və “Möhtəşəm Qetsbi” kimi bədii filmlərdə "baş rolları" ifa edib.

Məhdud sayda istehsal olunmuş model innovativ “Rolls-Royce Motor Cars Wraith”in buraxılışına dair hazırlanmış “Və dünya yerində dondu” (“And the World Stood Still”) adlı videoçarx dünyanın ən önəmli film və TV kolleksiyası sayılan Britaniya Film İnstitutunun (BFİ) milli arxivinə daxil edilib.

“Və dünya yerində dondu” filminə əsasən, “Wraith” tarixin ən qüvvətli və qabaqcıl texnologiyası ilə təchiz olunmuş “Rolls-Royce” modelidir. Barselona yaxınlığında, məxfi bir məkanda lentə alınmış film 36 kompüter və 1,5 km uzunluğunda kabel vasitəsilə çəkilib. Bütün bunlar “Wraith” modelinin texnoloji imkanlarını əks etdirmək üçün tələb olunub. Sosial şəbəkələrdə pərəstişkarların çoxsaylı xahişindən sonra kulis arxasında çəkilmiş kadrlar da buraxılıb.

Son xəbərlər

Orphus sistemi