Azərbaycan Mərkəzi Bankı yenidən tender elan edib

Azərbaycan Mərkəzi Bankı yenidən tender elan edib İddiaçılar tender təkliflərini martın 14-dək təqdim etməlidirlər
İnfrastruktur
29 Yanvar , 2016 01:45
Azərbaycan Mərkəzi Bankı yenidən tender elan edib

Bakı. 29 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikası Mərkəzi Bankı (MB) yenidən tender elan edib.

“Report”un xəbərinə görə, buna səbəb MB-ya məxsus binalarda istismar olunan isitmə-soyutma, havalandırma, su-kanal, digər sistem və qurğulara dövri texniki qulluğun göstərilməsinin satınalınması üçün elan edilən tenderin baş tutmaması olub. Buna görə də bank yenidən açıq tender elan edib.

Tender proseduru martın 15-də Mərkəzi Bankda keçiriləcək. İddiaçılar tender təkliflərini və tender təklifinin bank təminatını möhürlənmiş, imzalanmış ikiqat zərfdə martın 14-dək, digər tələb olunan sənədləri isə ən geci martın 2-dək təqdim etməlidirlər.

Son xəbərlər

Orphus sistemi