Azərbaycan Mənzil-kommunal sahəsinin inkişafına dair Tədbirlər Planı hazırlayıb

Azərbaycan Mənzil-kommunal sahəsinin inkişafına dair Tədbirlər Planı hazırlayıb Yaşayış sahəsinin saxlanması üçün hər il dövlət büdcəsindən əlavə 30 mln. manat ayrılır
İnfrastruktur
28 Aprel , 2016 10:48
Azərbaycan Mənzil-kommunal sahəsinin inkişafına dair Tədbirlər Planı hazırlayıb

Bakı. 28 aprel. REPORT.AZ/ Azərbaycanda son 20 ildə mənzil fondunun ümumi sahəsi 62% artaraq 168, 9 mln. kv. metrə çatıb. Bunun 6%-i dövlət, 94%-i isə qeyri-dövlət mülkiyyətindədir. "Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Mənzil fondunun idarə olunmasının təşkilində bələdiyyələrin və ictimai birliklərin rolu" adlı dəyirmi masada İqtisadiyyat Nazirliyi mənzil-kommunal siyasəti şöbəsinin müdiri Nizami Qasımov bildirib.

Onun sözlərinə görə, mənzil fondunun 93%-i (157, 0 mln. kv. m) əhalinin şəxsi mülkiyyətindədir və bu, mühüm göstəricidir: "Bu fondun 53,3%-i şəhər, 46,7%-i kənd mənzil fonduna aiddir. Hazırda orta hesabla 1 sakinə düşən mənzil sahəsi 18 kv. metr təşkil edir".

Yaşayış sahəsinin saxlanma haqqının (2 qəpik) bu sahədə xərcləri tam ödəmədiyini deyən N.Qasımov qeyd edib ki, hər il dövlət büdcəsindən zərərin ödənilməsi və təmir işləri üçün 28-30 mln. manat həcmində vəsait ayrılır. 

N.Qasımov mənzil-kommunal siyasəti sahəsində aparılan işlər barədə ümumi məlumat verərək bildirib ki, İqtisadiyyat Nazirliyi mənzil-kommunal sahədə islahatların aparılması üçün bir sıra normativ sənədlər hazırlayıb: "Mənzil-kommunal sahəsinin inkişafına dair Tədbirlər Planı hazırlanıb. Bu sənədin son variantı aidiyyəti qurumların rəyi ilə birlikdə Dünya Bankına təqdim edilib. Sənəd artıq Vaşinqtondadır və nəzərdən keçirilir. Layihə formasında olan bu sənəd əsasən texniki yardımı nəzərdə tutur".

Son xəbərlər

Orphus sistemi