Azərbaycan İran-Finlandiya dəhlizinin yaradılması təşəbbüsü ilə çıxış edib

Azərbaycan İran-Finlandiya dəhlizinin yaradılması təşəbbüsü ilə çıxış edib Azərbaycan İranı Rusiya vasitəsilə Avropa ilə əlaqələndirmək niyyətindədir
İnfrastruktur
19 Fevral , 2016 10:42
Azərbaycan İran-Finlandiya dəhlizinin yaradılması təşəbbüsü ilə çıxış edib

Bakı. 19 fevral. REPORT.AZ/ Azərbaycan Ərəb Körfəzinə yaxın yerləşən İranın Xəzər dənizindəki Bəndər-Abbas limanını Helsinkiyə (Finlandiya) birləşdirmək imkanlarını nəzərdən keçirir. Cənubda İranla sərhəddə malik Azərbaycan özünü şimaldan Rusiya sərhədi vasitəsilə İranı Avropa ilə birləşdirici dövlət kimi görür.

"Report"un "Gulf News"a istinadən verdiyi məlumata görə, bunu Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov Dubayda keçirilən MDB ölkələrinin Qlobal Biznes Forumunda çıxışı zamanı bildirib: "Coğrafi mövqeyinə görə, ölkəmiz çox yaxşı yerləşib. İranın üzərindən sanksiyaların götürülməsi də oyunun gedişini dəyişəcək".

Tədbirdə çıxış edən "Qazaxıstan Dəmir Yolları" SС-nin vitse-prezidenti Kanat Alpısbayev isə bildirib ki, İranın yerləşdiyi region getdikcə daha da böyük əhəmiyyət kəsb etməyə başlayır. 

Həmçinin, beynəlxalq forumda Azərbaycan, Gürcüstan, Türkiyə və Qazaxıstan əraizisindən keçməklə, Çinə yük daşınmasını nəzərdə tutan dəmir yolu marşrutu barədə də ətraflı məlumat verilib.

Son xəbərlər

Orphus sistemi