AZAL təyyarələrində yeni elit xidmət sinfi tətbiq edəcək

AZAL təyyarələrində yeni elit xidmət sinfi tətbiq edəcək Xidmət hələlik AZAL-ın Nyu-York, London və Pekinə olan uçuşlarına aid olacaq
İnfrastruktur
9 İyul , 2015 19:11
AZAL təyyarələrində yeni elit xidmət sinfi tətbiq edəcək

Bakı. 9 iyul. REPORT.AZ/ Sabahdan etibarən bir sıra reyslərdə sərnişinlər üçün yeni xidmət sinfi - “biznes-lüks” tətbiq ediləcək.

Azərbaycan Hava Yolları”ndan (AZAL) “Report”a verilən məlumata görə, “Biznes-lüks” sinfi aviasiya xidməti sahəsində müasir texnologiyalar və nailiyyətlərin istifadəsi nəticəsində təyyarələrin bortunda daha yüksək xidmət standartlarını nəzərdə tutur. Yeni xidmət sinfini seçən sərnişinlər ənənəvi “biznes-klass” xidmətləri ilə yanaşı, əsas yemək, sərinləşdirici və spirtli içkilərin geniş seçim menyusu, xüsusi səyahət dəstləri, uzun məsafəli uçuşlarda pijama, uşaqlar üçün hədiyyələr nəzərdə tutulub.

İlk olaraq yeni xidmət sinfi ilə AZAL-ın Nyu-York, London və Pekinə uçuşlar həyata keçirən "Airbus 340" və "Boeing 787 Dreamliner" flaqman təyyarələrinin sərnişinləri tanış olacaqlar.

Son xəbərlər

Orphus sistemi