AZAL lou-kost şirkətləri ölkənin regionlarına cəlb etməyə çalışır

AZAL lou-kost şirkətləri ölkənin regionlarına cəlb etməyə çalışır Şirkət ucuz aviareyslər təşkil edən aviaşirkətlərə əlavə güzəştlər təklif edir
İnfrastruktur
23 Oktyabr , 2015 11:12
AZAL lou-kost şirkətləri ölkənin regionlarına cəlb etməyə çalışır

Bakı. 23 oktyabr. REPORT. AZ/ "Azərbaycan Hava Yolları" QSC (AZAL) lou-kost şirkətləri ölkənin regionlarına cəlb etməyə çalışır. AZAL bu şəkildə ucuz aviareyslər təşkil edən aviaşirkətlərə əlavə güzəştlər təklif edir. 

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AZAL-ın vitse-prezidenti Arif Məmmədov bildirib.

"AZAL ölkənin regionlarının hava limanlarına uçuş həyata keçirmək istəyən əcnəbi aviaşirkətlərə əlavə güzəştlər etməyə hazırdır. Biz mövcud yay uçuşlarını saxlamaq üçün həmin şirkətlərə əlavə güzəştlər də təklif etmişik", - deyə A. Məmmədov əlavə edib.

Son xəbərlər

Orphus sistemi