Azərbaycan, Gürcüstan və Qazaxıstan dəmiryolu konsorsiumu yaradacaq

Azərbaycan, Gürcüstan və Qazaxıstan dəmiryolu konsorsiumu yaradacaq Bununla bağlı Tbilisi görüşündə razılığa gəlinib
İnfrastruktur
18 Fevral , 2016 10:03
Azərbaycan, Gürcüstan və Qazaxıstan dəmiryolu konsorsiumu yaradacaq

Bakı. 18 fevral. REPORT.AZ/ Azərbaycan, Gürcüstan və Qazaxıstan dəmiryolu konsorsiumun yaradılmasına dair razılığa gəlib. "Report"un Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bu qərar Tbilisidə keçirilən üçtərəfli görüş zamanı qəbul olunub.

Əsas müzakirə mövzusu Transxəzər beynəlxalq tranzit marşrutu olan görüşdə bildirilib ki, yaradılacaq yeni dəmiryolu qurumu yüklərin Çin limanlarından Batumi limanına, oradan isə Türkiyə və Avropaya hərəkətini təmin edəcək.

"Bu, hamı üçün olduqca sərfəli marşrutdur və belə bir konsorsiumun yaradılmasında hamımız maraqlıyıq", - deyə Qazaxıstan baş nazirinin müavini Bakitjan Sagintayev bildirib.

Onun sözlərinə görə, Qazaxıstan Batumi limanı və Batumi neft terminalındakı səhmlərindən imtina etmək niyyətində deyil, çünki bu, Transxəzər tranzit marşrutu ilə bağlıdır. B.Sagintayev qeyd edib ki, Qazaxıstan investorları onların səhmlərinin istənilən risklərdən qorunmasında maraqlıdır.


Son xəbərlər

Orphus sistemi