Azərbaycan gəmisi Rusiyadan Türkiyəyə 5 tona yaxın taxıl yükü çatdırıb

Azərbaycan gəmisi Rusiyadan Türkiyəyə 5 tona yaxın taxıl yükü çatdırıb Bu, gəminin ilk səfəri olub
İnfrastruktur
16 Oktyabr , 2015 12:05
Azərbaycan gəmisi Rusiyadan Türkiyəyə 5 tona yaxın taxıl yükü çatdırıb

Bakı. 16 oktyabr. REPORT.AZ/ Azərbaycanın “Maestro Niyazi” quru yük gəmisi Xəzərdən kənar hövzələrdə ilk səfərini uğurla başa vurub. "Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən "Report"a daxil olan məlumata görə, gəmi Rusiyanın Yeysk limanından Türkiyənin Samsun limanına 4 600 ton taxıl yükü çatdırıb. Bu gün yükboşaltma əməliyyatı yekunlaşacaq. 

Beləliklə, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin artıq 5 quru yük gəmisi Qara dəniz – Aralıq dənizi hövzəsində beynəlxalq yükdaşımalara cəlb olunub. Bunlar “Maestro Niyazi” ilə yanaşı, “Üzeyir Hacıbəyli”, “Natəvan”, “Qaradağ” və “Teymur Əhmədov” gəmiləridir.

Qeyd edək ki, hazırda “Üzeyir Hacıbəyli” teploxodu Türkiyənin Yalova bölgəsindəki “Tersan” tərsanəsində növbəti planlı baxışdan keçir. Gəminin gövdəsinə, mexanizm və qurğularına baxışdan sonra 5 illik üzmə sənədləri yenilənəcək və o, istismara qayıdacaq.

Son xəbərlər

Orphus sistemi