Azərbaycan əmlak sahəsində Almaniya təcrübəsini öyrənir - FOTO

Azərbaycan əmlak sahəsində Almaniya təcrübəsini öyrənir - FOTO Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Almaniyanın müvafiq dövlət qurumunun əməkdaşları ilə görüşüb
İnfrastruktur
18 Noyabr , 2015 14:15
Azərbaycan əmlak sahəsində Almaniya təcrübəsini öyrənir - FOTO

Bakı. 18 noyabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Berlin şəhərində işgüzar səfərdə olub. 

Komitənin mətbuat xidmətindən "Report"a daxil olan xəbərə görə, səfər çərçivəsində Komitə sədri Dövlət Əmlakının Özəlləşdirilməsi üzrə Almaniyanın Federal VIII Baş İdarəsinin rəhbəri Bruno Kahl ilə görüşüb. Görüşdə ƏMDK və Almaniya Baş İdarəsi arasında əməkdaşlıq barəsində imzalanmış anlaşma memorandumundan irəli gələn məsələlər müzakirə edilib. Görüş çərçivəsində, həmçinin cari ildə dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində hər iki ölkənin əldə etdiyi nailiyyətlərdən danışılıb, dövlət əmlakının daha səmərəli üsullarla və şəffaf şəkildə özəlləşdirilməsi haqqında geniş fikir mübadiləsi aparılıb və ölkələrin müvafiq təcrübəsi ilə bağlı tərəfləri maraqlandıran suallar aidiyyəti üzrə cavablandırılıb.

Xatırladaq ki, 2013-cü ilin fevral ayında dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində ikitərəfli əməkdaşlığa dair ƏMDK ilə Almaniyanın Baş İdarəsi arasında anlaşma memorandumu imzalanıb. Memorandumda dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi ilə bağlı qanunvericilik sahəsində qarşılıqlı yardım, təcrübə və məlumat mübadiləsi, qarşılıqlı işgüzar səfərlərin təşkili, məsləhət xidmətlərinin göstərilməsi və investorların özəlləşdirmə prosesinə cəlb edilməsi sahəsində əməkdaşlıq məsələləri nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi